adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Sentyabr 2022 11:43
440
HADİSƏ

İyirmiyə yaxın şəxsin yaralandığı mikroavtobus qəzasının səbəbi bəlli oldu - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax avtomobil yolunda baş verən qəza barədə açıqlama verib.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsindən Adalet.az-a bildirilib ki, Bakı-Qazax avtomobil yolunda eyni istiqamət üzrə hərəkət edən “Mercedes” markalı 90-OA-742 və ZİL markalı 05-BC-197 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes”də olan üç sərnişin xəstəxanaya yerləşdirilib. Digərlərinə də ilkin tibbi yardım göstərilir. Hadisə zamanı ölən yoxdur”.

Qurumdan qeyd edilib ki, ilkin ehtimala görə, ZİL manevretmə qaydasının pozub və “Mercedes” ona çırpılıb.

***

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Bu barədə Adalet.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, - deyə qurumdan bildirilib.

***

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxın şəxs xəsarət alıb.

Adalet.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax-Gəncə istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu ilə “QAZel” markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report)