Azərbaycanda mobil internetin sürəti azalıb

Bu ilin avqust ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,9 Mbit/s təşkil edib.
Adalet.az xəbər verir ki, bu göstərici iyul ayı ilə müqayisədə 1% azalıb.
Cari ilin avqustunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyul ayının göstəricisi ilə müqayisədə 3,1% azalaraq 8,92 Mbit/s olub.
Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,79 Mbit/s və 8,62 Mbit/s təşkil edib. Avqust ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 1 pillə geriləyərək 61-cı yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (122,77 Mbit/s), BƏƏ (118,42 Mbit/s) və Qətər (114,28 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin avqust ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,15 Mbit/s, çıxış sürəti isə 22,89 Mbit/s təşkil edib. İyul ayı ilə müqayisədə giriş sürəti 6,3%, çıxış sürəti isə 3,6% artıb.
Bu ilin avqust ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə 1 pillə geriləyərək 122-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur– 219,01 Mbit/s, Çili– 211,43 Mbit/s və Tayland – 188,75 Mbit/s olub.
Bu ilin avqustunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 69,14 Mbit/s və 29,09 Mbit/s təşkil edib.(apa)
Digər Xəbərlər
 29 Oktyabr 2025 16:48
 29 Oktyabr 2025 16:48 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib
 25 Oktyabr 2025 14:15
 25 Oktyabr 2025 14:15 Yeni “iPhone” dizaynları təqdim ediləcək
 24 Oktyabr 2025 18:04
 24 Oktyabr 2025 18:04 “Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
 22 Oktyabr 2025 12:13
 22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
 20 Oktyabr 2025 16:22
 20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
 17 Oktyabr 2025 19:49
 17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
 15 Oktyabr 2025 13:40
 15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
 14 Oktyabr 2025 20:45
 14 Oktyabr 2025 20:45 

 Bakı -°C
 Bakı -°C 






