Azərbaycanda səhiyyə xərcləri azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102 milyon 432 min manat və yaxud 5,4% azaldılaraq 1 milyard 906 milyon 389 min manatdan 1 milyard 803 milyon 957 min manata endirilir.
Adalet.az xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, poliklinika və ambulatoriyalar üzrə xərclərin dəyişdirilməyərək 1 milyon 802 min manat, xəstəxanalar üzrə xərclərin dəyişdirilməyərək 171 milyon 384 min manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərin dəyişdirilməyərək 2 milyon 517 min manat, icbari tibbi sığorta fonduna ayırmaların dəyişdirilməyərək 1 milyard 263 milyon 820 min manat saxlanılması, səhiyyə sahəsində proqram və digər xidmətlər üzrə xərclərin isə 102 milyon 432 min manat və yaxud 5,9% azaldılaraq 1 milyard 678 milyon 95 min manatdan 1 628 milyard 252 min manata endirilməsi nəzərdə tutulub./report
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
