Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə aparılan ardıcıl islahatlar öz bəhrəsini verməkdədir. Ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şərait və dövlət başçımızın bu sahəyə diqqət və qayğısı ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərə, o cümlədən sanatoriya-kurort müəssisələrinin də fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Bu müsbət dəyişiklikləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” Fizioterapiya Mərkəzinin də fəaliyyətində görmək mümkündür.
Bakının Xəzər rayonunda yerləşən “Buzovna” Fizioterapiya Mərkəzinin yüksək zövq və səliqə ilə tikilmiş, müasir standartlara tam cavab verən yaşayış və müalicə otaqları, yeməkxana, ərazidə salınmış yaşıllıq, göz oxşayan güllər bura gələnlərdə xoş duyğular yaradır, bu istirahət-müəlicə müəssisənə qədəm basan hər kəsdə xoş təəssürat doğurur.
Müasir avadanlıq və fərdi proqramları ilə pasiyentlərin xidmətində duran “Buzovna” Fizioterapiya Mərkəzi Xəzər dənizinin sakitləşdirici təsiri, geniş müalicə prosedurları ilə diqqəti cəlb edir və insan belə bir qənaətə gəlir ki, həm gözəl istirahət etmək, həm də sağlamlığı bərpa etmək üçün Bakıdan çox da uzaqlara getmək heç də vacib deyil. Mineral su vannaları, sualtı duş-masajlar və müasir SPA kapsulaları, müalicəvi masaj, idman və fitness, hirudoterapiya (zəli ilə müalicə), Naftalan aplikasiyaları, müalicəvi palçıq və parafin terapiyası ilə xəstələrə sağlamlıq bəxş edən işçilərin yüksək qayğı və diqqəti, öz sənətlərinin yüksək mütəxəssisi olmaları ilk gündən istirahətə gələnlərin diqqətini cəlb edir.
İstənilən bir müəssisənin uğurlu fəaliyyəti burada çalışan kollektivin, o cümlədən rəhbərliyin öz işinə olan münasibətindən asılıdır. “Buzovna” Fizioterapiya Mərkəzində çalışan gülərüz, mehriban Azərbaycan xanımlarının xoş ünsiyyəti, pasiyentlərin hər müraciətinə diqqət və qayğı ilə cavab vermələri və son dərəcə həssaslıqla xidmət göstərmələri insanda sanki öz doğmalarının əhatəsində olması təəssüratını yaradır. Bütün bunlar məhz Azərbaycanımıza xas olan milli keyfiyyətlər olaraq qürurvericidir.
“Buzovna” Fizioterapiya Mərkəzində istirahət edənlərdən biri olaraq yüksək qayğı, insanda xoş ovqat yaradan münasibət üçün həkim və xidməti heyətə, o cümlədən həkimlərdən Reyhanə Hüseynovaya, Ləman Məlikovaya, fizioterapiya şöbəsinin işçilərindən İnarə Qasımovaya, Yalə Kəngərliyə, Sevinc Abdullayevaya minnətdarlığımı bildirir, onlara vətəndaşlarımızın xoş istirahəti və müalicəsi üçün yaxın gələcəyə planlaşdırdıqları işlərdə uğurlar diləyirəm.
Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru,
istefada olan polkovnik, 1-ci Qarabağ müharibəsi veteranı
Digər Xəbərlər
08 Noyabr 2025 09:01
Gənc qız burun əməliyyatından sonra komaya düşdü – Anestezioloqdan şok açıqlama - VİDEO
05 Noyabr 2025 16:25
Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb - AQTA
04 Noyabr 2025 13:28
Saxta ballar...
04 Noyabr 2025 10:31


Bakı -°C

