Azərbaycanda silsilə cinayətlər törədən qonşulardan ibarət dəstə üzvləri ƏLƏ KEÇDİ - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə İkinci Ərəbcəbirli kəndində və şəhər ərazisində yerləşən həyətyanı sahələrdən, eləcə də Qızılağac kəndindəki qaynaqçı sexindən ümumi dəyəri 2 000 manata yaxın olan dəmir konstruksiyaların oğurlanması barədə müraciətlər daxil olub.
Müraciətlərlə əlaqədar keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinən qonşular - keçmiş məhkum Orxan Abdurəhimli, Seyran İsmayılov, Tərlan Həsənov və onların oğurladıqlarını daşımaq üçün sifariş etdikləri yük avtomobilinin sürücüsü Qəzənfər Fərzəliyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf ediblər və gecə saatlarında oğurladıqları dəmir konstruksiyaları Q.Fərzəliyevin idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə daşıyaraq əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılan Orxan Abdurəhimli, Seyran İsmayılov və Tərlan Həsənovun digər analoji cinayətlərdə də iştirakları istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya polis şöbəsinə müraciət edə bilərlər.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanıldı
29 Sentyabr 2026 12:15


Bakı -°C

