Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

2024-cü ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.
Adalet.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,9 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,7 % artaraq 3,8 milyard manatdan çox təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,7 % artaraq 208,1 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 % artaraq 156,9 milyon manata çatıb.
Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,6 % artaraq 1 milyard manatdan çox, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 721,3 milyon manat olub.
Digər Xəbərlər

Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim etdi - FOTOLAR - YENİLƏNİB

Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Komitə sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib - FOTOLAR
jpg-1741864544.jpg)
Adı Bakı məhkəməsində hallanan Jirayr Səfilyan: Livanlı qatil...
jpg-1741858283.jpg)
Tandelyan ermənilərə səsləndi: BMT ofisinin qarşısında Bakıya qarşı aksiya...

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN
