Azərbaycanda suyun qiyməti artır? - Rəsmi cavab
Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Tarif Şurasının qəbul edəcəyi yeni qərara əsasən, su təminatının da qaz kimi limitlə olacağı gözlənilir. İddialara görə, yeni təklifdə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manat tarif müəyyənləşdirilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Globalinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib.
“Bu məsələ ilə bağlı hər hansı məlumat, yaxud qərar mövcud deyil”, - o əlavə edib.
Qeyd edək ki, ADSEA-nın bundan əvvəl yaydığı açıqlamaya görə, qurum suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bildirilib ki, sadəcə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq ADSEA-nın tabeli qurumaları arasında müzakirələr aparılır.
Digər Xəbərlər
31 Mart 2026 17:11
Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyi xəbərdarlıq etdi
31 Mart 2026 15:13
"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31 Mart 2026 15:04
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
31 Mart 2026 14:13
Tətil olacaq - BU QƏDƏR MÜDDƏT EVDƏYİK
31 Mart 2026 14:03
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
31 Mart 2026 12:53
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" dəyişdi
31 Mart 2026 12:45
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edildi
31 Mart 2026 12:13


Bakı -°C

