adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2022 14:28
691
SİYASƏT
A- A+

Azərbaycanda təlim keçirilir Ermənistan, Türkiyədə təlim keçirilir Yunanıstan “sancılanır”, iftira atır...

Yəqin ki, xatırlayırsınız: 2020-ci ili iyul ayının sonlarında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq Azərbaycandahər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başladı.

Hərbi Hava qüvvələrinin taktiki-uçuşları iləstart götürən təlimdə hər iki ölkənin döyüş təyyərələri və helikopterləri yer aldı. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunları da cəlb edildi. Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi

Bütün dünya mətbuatı bu xəbərdən yazdı. Xüsusən Ermənistan mətbuatı susmadı. Təlimlərin möhtəşəmliyi deyəsən onları bərk ürkütmüşdü. Həmin təlimlərəsnasında Kremlə xahiş və minnətlər dolu məktub və mesajlar getdi. Rusiya həmin vaxtda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etdi. Uzun sözün qısası, bu hadisədən təxminən 40 gün keçməmişdi ki, möhtəşəm 44 günlük müharibə başladı və Azərbaycan Ordusu 30 il işğalda qalan Azərbaycan ərazilərinin 20 faizinin cəmi 44 gündə azad etdi, Ermənistan ordusunu darmadağın edərək geri çəkilməyə məcbur etdi.

Xəbər verdiyimiz kimi , Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimilər də yüksək səviyyədə başa tutdu . Ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil etdi.

Adalet.az Türkiyəyə məxsus You-Tube kanalına istinadən xəbər verir ki, uzun illərdi Türkiyəyə düşmənçilik mövqeyi göstərən Yunanıstan təlimlərə olan münasibətini ortaya qoyub. Mediada “Türklər Azərbaycanlılarla ortaq olub, adalarımızı işğal edəcək “ manşetləri yer aldı. Yunanıstan belə yalanları “üyütməkdə” məqsədi odur ki, dünyanın diqqətini öz üzərinə çəksin, güclü və haqlı Türkiyənin hər hansı bir təpkisinə hegemon dövlətləri alət etsin! Xain xoflu olar –deyiblər.

Amma bütün dünya hərbçiləri bilirlər ki, ümumiyyətlə hərbi təlimlər hansısa bir hadisəyə reaksiya verəcək amacı ilə təşkil olunmur. Məqsəd ordunun hərtərəfli inkişafın təftiş etməkdir.

Qeyd edək ki, 1987-ci və 1996-cı illərdə Egey dənizinin su sahəsindəki suverenlik və onun üzərindəki hava məkanı ilə bağlı mübahisələr iki dövlət arasında hərbi əməliyyatların başlamasına səbəb ola biləcəyi böhran vəziyyətlərinə səbəb olub.

P.S. Yunanıstan dinləsəydi, ona bir yaxşı məsləhət verərdim. Deyərdim ki, sən sakit durduqca, Türkiyəyə qarşı mənasız və cəfəngiyyatlar irəli sürərək, onu qıcıqlandırmadıqca, get, gəz , dolan... Yox əgər, Türkiyənin hava, su, quru sərhədlərini pozacaqsansa, sonra da onu günahlandıracaqsa, şər-böhtan kampaniyasına start verəcəksənsə, hegemon dövlətlətlərə şikayətə gedib, Türkiyənin cəzalandırılmasını istəyəcəksinizsə... Yəqin ki, Türkiyə sizi ” istədiyiniz arzu”ya çatdıracaq. Türklər demiş : Ayağını denk al...

Əntiqə Rəşid