Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb
Bu ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
Digər Xəbərlər
26 Yanvar 2026 10:31
Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
26 Yanvar 2026 08:57
DİQQƏTLİ OLUN: Yardım toplamaq adı ilə dələduzluq halları artıb - VİDEO
24 Yanvar 2026 18:29
Ağcabədidə hesabat yığıncağı keçirildi
24 Yanvar 2026 10:53


Bakı -°C

