15 May 2025 11:55
158
İQTİSADİYYAT

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 13-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Adalet.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 8 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 mobil telefon, 1 qeyri-yaşayış sahəsi, 4 torpaq sahəsi, 1 bağ evi və 1 fərdi yaşayış evidir.

Əmlakların start qiyməti 120 - 80 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər iyunun 10-na qədər qəbul olunacaq.