“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - FOTOLAR

“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. 15 may 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda növbəti tədbir keçirilib. Görüş “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin təşəbbüsü və dəvəti ilə təşkil olunmuşdu.
Tədbirin qonağı — şair, publisist, siyasi ekspert və Milli Məclisin deputatı Elçin Mirzəbəyli idi.
E. Mirzəbəyli iştirakçılarla açıq və səmimi fikir mübadiləsi apararaq, Azərbaycan cəmiyyətində gedən ictimai-siyasi proseslər, gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və ədəbi mühitin bugünkü vəziyyəti barədə fikirlərini bölüşdü. O, dövlətçilik və vətənpərvərlik mövzularında danışaraq, gənclərə milli düşüncə, tarixi yaddaş və məsuliyyət hissinin aşılanmasının zəruriliyini vurğuladı.
Azərbaycan Universitetinin tələbələri qonağa çoxsaylı suallar ünvanladılar. E.Mirzəbəyli yazıçı və millət vəkili kimi gənclərə oxumağın, düşünməyin və milli kimliyə sahib çıxmağın əhəmiyyətini izah etdi, müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndirdi.
Tədbirin sonunda qonaq tələbələrə kitablarını avtoqrafla hədiyyə etdi və onlarla xatirə şəkli çəkdirdi.
Digər Xəbərlər

Şəlalə Camal: Qarğa

Vəzifə şirəsi - Pərvanə BAYRAMQIZI yazır

İçində Günəş yoxdusa... - Esmira İsmayılova yazır

Əlirza HƏSRƏT: BURAXMADILAR

Məmməd İsmayıl vəfat etdi

Şabranda Qulu Ağsəsə həsr olunmuş poeziya axşamı
jpg-1755508029.jpg)
S.Yeseninin "Şəhanə"si kimdir?-Ermənilərin uydurduğu "Şahanə Talyan"?
