Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır

Yeni hərbi nizamnamələrin hazırlanması üzrə tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan nailiyyətlər və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq perspektiv planlar müzakirə olunub.
Digər Xəbərlər

DİN vətəndaşlara müraciət edib: Təhlükəli sahələrə daxil olmayın

Xankəndidə Zəfər Tağı abidəsi UCALDILACAQ

Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında - FOTOLAR

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləyəcək?

Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
