17 Aprel 2025 00:03
336
HADİSƏ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 kilometr şimalda zəlzələ baş verib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:56-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf ərazilərdə hiss olunmayıb.