Azərbaycandan göndərilən neft məhsulları Ermənistana çatdı - FOTOLAR
Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri yayılıb.
Adalet.az xəbər verir ki, dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə olaraq Ermənistana yerli neft məhsulu göndərilib.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Gürcüstandan keçməklə dekabrın 19-da Ermənistana çatdırılıb.
Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.
Digər Xəbərlər
02 Aprel 2026 17:07
Zakir Həsənov MDB-nin iclasında iştirak edib
02 Aprel 2026 16:57
Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Tacikistana təhvil verildi
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50


Bakı -°C

