Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Tacikistana təhvil verildi
Azərbaycan beynəlxalq axtarışda olan Pakistan vətəndaşını Tacikistana təhvil verib.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Pakistan İslam Respublikasının vətəndaşı 1989-cü il təvəllüdlü İnsaf Sobianın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Tacikistanda dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş İnsaf Sobia 2026-ci ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.
Digər Xəbərlər
02 Aprel 2026 17:07
Zakir Həsənov MDB-nin iclasında iştirak edib
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
02 Aprel 2026 13:31


Bakı -°C

