adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 18:23
77
İQTİSADİYYAT
A- A+

Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı

İndiyədək Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi çərçivəsində enerji əməkdaşlığının əsas istiqamətləri - təbii qaz, elektrik enerjisi|nin istehsalı, Yaşıl Enerji Dəhlizi, enerji səmərəliliyi və istilik təchizatı üzrə müzakirələr apardıq. İndiyədək Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə bu ilin yanvar ayında isə Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə 73 min kubmetr və ya 0,2% azalıb.

Bundan başqa, Serbiyadan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli investisiya qoyuluşları da reallaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bnakının məlumatına görə, 2025-ci ildə Serbiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 6,490 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 6,271 milyon dollar və ya 29,6 dəfə çoxdur.