Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçini başlayıb
Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə başlanılıb, ilkin olaraq Yardımlı rayonunun Ərsilə kəndində biçin həyata keçirilib.
Bu barədə Adalet.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, biçin nazirliyə məxsus “Aqroservis” ASC-nin balansında olan “New Holland TC 5.90 HİLLSIDE” kombaynlarını köməyi ilə baş tutub. Biçindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib.
Yaxın günlərdə Lerik, Cəlilabad, Şəmkir rayonlarının yüksək dağlıq ərazilərində dağ kombaynlarının iştirakı ilə kütləvi biçin başlayacaq.
Artıq ölkə üzrə 569 716 hektar sahədə biçin prosesi başa çatıb. Bu, payızlıq əkin sahələrinin 58,9 %-ni təşkil edir. Biçin prosesinə 1 639 kombayn cəlb olunub. Bunlardan 650-si “Aqroservis”ə məxsusdur. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 989 kombayn iştirak edir. “Aqroservis”in kombaynları ilə 234 057 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 335 659 hektar sahədə biçin aparılıb.
Digər Xəbərlər
30 Mart 2026 12:48
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı
30 Mart 2026 10:39
Yol polisindən MÜRACİƏT
30 Mart 2026 09:23
Mir Şahinin Vaxtı - VİDEO
30 Mart 2026 09:00
Rasim Balayevin cənazəsi Bakıya gətirilib
29 Mart 2026 18:04
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
29 Mart 2026 15:07
Prezident Cəmil Əliyevi təltif etdi
28 Mart 2026 22:00
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
28 Mart 2026 16:10


Bakı -°C

