"Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı bu həftə təqdimata hazırdır" - Muxtar Babayev
Azərbaycanın ikiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır. “Ambisiyaların artırılması Milli Müəyyən edilmiş töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir.
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.
"Qlobal iqlim şəffaflığının bu dəyirmi masada müxtəlif ölkələrin nazirlərinin iştirakı ilə müzakirəsi inanıram ki, daha effektiv addımlar atmağa imkan verəcək.
COP29-u bu addımları atmağa bir fürsət kimi dəyərləndirməyə çağırıram. Bu dəyirmi masada qəbul olunacaq Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təşviq edəcək", - deyə M.Babayev əlavə edib.
Digər Xəbərlər
21 Noyabr 2026 18:00
Leyla Əliyeva Hanoydakı açılış mərasimində - FOTOLAR
21 Noyabr 2026 14:50
Hanoyda Prezident və xanımının şərəfinə rəsmi nahar verildi - FOTOLAR
21 Noyabr 2026 11:42
Aqil Abbas: "Bu, təkcə Ağdamın yox, bütün Azərbaycanın bayramıdır!" - VİDEO
21 Noyabr 2026 11:00
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
21 Noyabr 2026 10:20
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə belə hazırlıq görülüb - VİDEO
21 Noyabr 2026 10:07
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
21 Noyabr 2026 00:12
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir
20 Noyabr 2026 21:38


Bakı -°C

