"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb" - Bako Sahakyan

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş ərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlar barədə də sualları cavablandırıb.
Adalet.az xəbər verir ki, o, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: “Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.
O, həmçinin qeyd edib: “Müdafiə qurumları”nın “rəhbəri” qondarma rejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordu komandiri” bu barədə mənə məlumat verməli idi”.
B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər
24 Oktyabr 2025 17:02 Ödəmə terminalından oğurluq edildi - VİDEO
24 Oktyabr 2025 16:05 Azərbaycanlı kriminal avtoritet Rusiyada həbsxanada öldürüldü
24 Oktyabr 2025 14:11 Vəkil Zabil Qəhrəmanov saxlanılıb - YENİLƏNİB
24 Oktyabr 2025 11:43 İrandan Azərbaycana narkotik gətirmək istədilər - FOTO
24 Oktyabr 2025 10:40 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
24 Oktyabr 2025 10:33 Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı - VİDEO
24 Oktyabr 2025 08:45 Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - Qəribə cinayətin təfərrüatı - VİDEO
23 Oktyabr 2025 12:15 

Bakı -°C 






