Azərbaycanın tanınmış idmançısı polis idarəsinin həyətində qarət olundu
Azərbaycanın tanınmış idmançısı Gözəl Zutova qarət edilib.
Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib.
Onun sözlərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb:
“Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb. Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa, polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:07
Bakıda təmir edilən yol yenidən ÇÖKDÜ - VİDEO
21 Sentyabr 2026 10:10
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
21 Sentyabr 2026 08:49
Bilgəhdə batanlar tələbə imiş - VİDEO
21 Sentyabr 2026 08:25
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
21 Sentyabr 2026 08:01
38 yaşlı kişi faciəvi şəkildə öldü - VİDEO
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51


Bakı -°C

