“Azərbaycanın təxminən 1 ildən bir qədər artıq su ehtiyatı var”
“Azərbaycanda hazırda su qıtlığı müşahidə olunmur, lakin mövcud ehtiyatlar uzunmüddətli dövr üçün yetərli hesab edilmir”.
Adalet.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə “Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin su anbarlarında təxminən 16-17 milyard kubmetr su ehtiyatı mövcuddur, illik istehlak isə 11-12 milyard kubmetr təşkil edir: “Bu, təxminən bir ildən bir qədər artıq su ehtiyatı deməkdir. Lakin bu, kifayət deyil. Eyni zamanda, köhnəlmiş infrastruktur səbəbindən suyun paylanması zamanı ciddi itkilər yaranır. Su ehtiyatlarının səmərəli idarə olunması və itkilərin azaldılması prioritet istiqamətlərdəndir”.
Digər Xəbərlər
24 Fevral 2026 13:08
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
24 Fevral 2026 13:02
Sakinlər kommunal borcu ödəmirlər
24 Fevral 2026 13:02
Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
24 Fevral 2026 12:59


Bakı -°C

