Azərbaycanın Türkiyədən aldığı “Akıncı” hücum PUA-sının TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb.
Adalet.az xəbər verir ki, həmin PUA-lar Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına qəbul edilib.
Özünün ən müasir texniki göstəriciləri ilə seçilən və döyüş əməliyyatlarında effektivliyi ilə seçilən “Akıncı” PUA-ları Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilir.
Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir.
“Baykar”ın məhsulu olan “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir.
Göyərtəsində üç ədəd süni intellektli kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edir, məlumatları komanda mərkəzinə ötürür.
Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiyalı hərəkətdə olurlar .
2021-ci ilin əvvəlinə qədər “Akıncı” PUA-ların sınaqları uğurla tamamlanıb və kütləvi istehsala başlanılıb. Elə həmən il Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilib. 2022-ci ildən isə digər ölkələrə satış üçün istehsal edilməyə başlanılıb.
Digər Xəbərlər
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55


Bakı -°C

