Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
ABŞ senatoru Berni Sanders və Nümayəndələr Palatasının üzvü Qreq Kasar süni intellektin inkişafına ciddi məhdudiyyətlər qoymağı nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Adalet.az xəbər verir ki, 19 səhifəlik sənəddə qabaqcıl süni intellekt sistemlərinin inkişafının yeni federal Süni İntellekt Departamenti yaradılana qədər dayandırılması təklif olunur.
Qaydaları pozan şirkət və şəxslər üçün isə 20 ilədək həbs cəzası, həmçinin şirkətin fəaliyyətinin dayandırılmasına qədər gedən sanksiyalar nəzərdə tutulur.
Layihənin əsas məqsədlərindən biri özünü təkmilləşdirə və inkişafını avtomatlaşdıra bilən “superintellekt” sistemlərinin qarşısını almaqdır. Onlar belə sistemlərin gələcəkdə insan nəzarətindən çıxa biləcəyindən narahatdırlar.
Sanders süni intellekti sürətlə inkişaf edən və bəşəriyyət üçün ciddi nəticələr yarada biləcək texnologiya kimi qiymətləndirib.
Qanun layihəsi bəzi süni intellekt təhlükəsizliyi mütəxəssisləri tərəfindən dəstəklənsə də, sənaye nümayəndələri onun həddindən artıq sərt və hüquqi baxımdan problemli olduğunu bildiriblər.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

