Azərbaycanın xarici və daxili dövlət borcu AÇIQLANDI

2024-cü il 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 367,5 milyon ABŞ dolları, daxili borcu isə 16571,9 milyon manat təşkil edib.
Adalet.az-ın məlumatına görə, bu barədə 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda deyilir.
Məlumata görə, 2024-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1100,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,02 milyon manat), cəmi 1270,3 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5367,5 milyon ABŞ dolları ekvivalentinə bərabər olub.
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 2024-cü il 1 iyul tarixinə 16571,9 milyon manat təşkil edib.
Digər Xəbərlər
 29 Oktyabr 2025 17:34
 29 Oktyabr 2025 17:34 İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU
 29 Oktyabr 2025 11:07
 29 Oktyabr 2025 11:07 “Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir”
 28 Oktyabr 2025 16:54
 28 Oktyabr 2025 16:54 Prezident “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub - FOTOLAR
 28 Oktyabr 2025 16:19
 28 Oktyabr 2025 16:19 "Ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır"
 28 Oktyabr 2025 11:32
 28 Oktyabr 2025 11:32 “Yüksək vergilər iqtisadi fəallığı azaldır...”
 28 Oktyabr 2025 11:19
 28 Oktyabr 2025 11:19 Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
 27 Oktyabr 2025 09:40
 27 Oktyabr 2025 09:40 2026-cı ildə pensiya kapitalı artırılacaq
 27 Oktyabr 2025 08:46
 27 Oktyabr 2025 08:46 

 Bakı -°C
 Bakı -°C 






