Azərbaycanla ABŞ arasında bu məsələlər müzakirə olundu
Aprelin 15-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.
Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
23 May 2026 10:12
ABŞ-İran arasında saziş imzalanması gözlənilir - Politoloq
23 May 2026 09:58
“Biz öz sərt üzümüzü ermənilərə 44 günlük müharibədə göstərdik”
23 May 2026 09:33
Dünya mediası WUF13-dən danışır - FOTOLAR
22 May 2026 17:49
Ömüralıyev Prezidenti təbrik etdi
22 May 2026 17:40
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib
22 May 2026 16:32
Aqil Abbas: Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
22 May 2026 15:28
“Ermənistanda seçki kampaniyasında nifrət və qütbləşmə dərinləşir”
22 May 2026 12:00


Bakı -°C

