adalet.az header logo
  • Bakı -°C
23 May 2026 10:12
80
SİYASƏT
A- A+

ABŞ-İran arasında saziş imzalanması gözlənilir - Politoloq

“ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə yeni saziş bağlanmasi mümkün ola bilər. Bu saziş İranın kaputilyasiyası deyil, ABŞ-la İran arasında eyni statusda bağlanması mümkündür”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Bu müqavilədə məğlub və qalib tərəf olmayacaq. Tərəflər tam atəşkəsə gedir, Hörmüz boğazında müştərək monitorinq tətbiq edilir. İrana bir sıra sanksiyalar aradan qaldırılır.Tərəflər arasında tam atəşkəs və hücum etməmək razılığı əldə edilir. Növbəti mərhələdə danışıqlar başlayır. Ənənəvi fars diplomatiyası D. Trampı çətin vəziyyətlə üzləşdirib. Müharibədə ABŞ təklifini qəbul etməyən İran danışıqlar masasında mövqeyini gücləndirməyi bacarır. ABŞ İranla saziş bağlayarsa, Yaxın Şərqdə körfəz ölkələrini sıxışdıracaq”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN