Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək - Belarusun Baş naziri

Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş nazirinə ünvanladığı məktubda deyilir.
"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram", - məktubda bildirilir.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko martın 10-da ölkənin Baş naziri vəzifəsinə Aleksandr Turçini təyin edib.
Digər Xəbərlər

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək

Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM

İlham Əliyev İran Prezidentinin müşavirini qəbul etdi - YENİLƏNİB + FOTO

“İcra haqqında” qanuna dəyişiklik təklif olunur

Əziz Ələkbərli: 44 günlük müharibədən sonra çoxlarının maskası yırtıldı
