01 Aprel 2025 15:41
217
DÜNYA

Hakan Fidan Fransaya səfərə gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransaya səfərə gedəcək.

Adalet.az "a haber" portalına istinadən xəbər verir ki, səfər zamanı Türkiyəli nazir fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyadakı vəziyyət ətrafında müzakirələr aparacaq.

    Tərəflər həmçinin, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətləri də diqqət mərkəzində saxlayacaq.