"Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir" - Kaleb Orr
"ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün prioritetlərdən biridir".
Adalet.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"ABŞ və Azərbaycan arasındakı münasibətlər Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir, çünki biz Cənubi Qafqaz regionunda yeni sülh dövrü açmağa çalışırıq", - o bildirib.
Orr səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova, eləcə də bütün Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.
"Münasibətlərimiz fəal şəkildə inkişaf edir və bu, yalnız başlanğıcdır. Səfərim zamanı Azərbaycana investisiya qoyan ABŞ şirkətlərinin nümayəndələri ilə ünsiyyətdə oldum və gələcəkdə ölkədə biznesin daha da genişləndirilməsi üçün mövcud imkanlar barədə eşitdim", - o qeyd edib.
Digər Xəbərlər
24 Iyun 2026 13:57
FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi
24 Iyun 2026 13:33
Zelenskayanın səfəri həmin qalmaqala görə ləğv edildi
24 Iyun 2026 09:33
İranın ABŞ-yə müqavimət göstərməyə nəyi vardı?
24 Iyun 2026 09:23
Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama
23 Iyun 2026 21:00
Qazaxıstan ilə Avropa İttifaqı arasında önəmli sazişlər imzalandı
23 Iyun 2026 20:31
“Döyüş meydanında reallıq tamamilə fərqli görünür”
23 Iyun 2026 19:32
Ərdoğan Polşa Prezidenti ilə təkbətək görüşüb
23 Iyun 2026 19:20


Bakı -°C

