"Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır"
"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ölkənin təhlükəsizliyi üçün ən etibarlı təminatıdır".
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə xalqa müraciətində qeyd edib.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, – Paşinyan vurğulayıb.
Baş nazir, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər.
“Bu maneə artıq mövcud deyil”, – Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Digər Xəbərlər
28 Yanvar 2026 12:04
“ABŞ Əfqanıstanı, İraqı işğal edəndə ona streteji dəstək verən...”
28 Yanvar 2026 11:55
"Qüvvədə olan qanunumuz müasir tələblərlə uzlaşmır" - Bahar Muardova
28 Yanvar 2026 11:44
"Yeni qanun layihəsində "erkən evlilik” ayrıca anlayış kimi verilir" - Komitə sədri
28 Yanvar 2026 11:33
“Azərbaycanı çıxmaq şərtilə digər 3 ölkə hələ də ərazi bütövlüyünü təmin etməyib...”
28 Yanvar 2026 10:31
“ABŞ və İran arasında aparılan diplomatik danışıqlar müharibə ssenarisini...”
27 Yanvar 2026 18:39
Baş nazir tapşırıq verdi: Dənizkənarı bulvar...
27 Yanvar 2026 16:29
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü
27 Yanvar 2026 16:28


Bakı -°C

