“Azercell” müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir
Oktyabr ayının 3-dən etibarən “Azercell” ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən “İstəSən” tarifini istifadəyə verir.
Tarifin əsas paketi çərçivəsində müştərilərə 7 AZN-ə 30 ölkədaxili dəqiqə və 3GB internet təklif olunur. Abunəçilər fərdi ehtiyac və istəklərinə görə “Azercell”in “Kabinetim” tətbiqində paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də “Instagram”/“Facebook”, “YouTube” və “TikTok” üçün internet əlavə edə bilərlər. Qeyd edək ki, daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur.
“Kabinetim”lə yanaşı, tarifi 7575 qısa nömrəsinə “IsteSen” açar sözünü göndərməklə, “Azercell” Müştəri Xidmətləri ofislərində, diler dükanlarında və ya “Azercell”in rəsmi internet səhifəsində aktivləşdirmək mümkündür. Tarif haqqında ətraflı məlumatı www.azercell.com səhifəsindən əldə etmək olar.
Hər bir müştərinin fərdi ehtiyaclarına yönəlmiş bu yeni məhsul, abunəçilərə ən sərfəli tarif paketlərini yaratmağa daha geniş imkanlar təqdim edir.
Öz tarifinizi “Azercell” ilə yaradın!
Digər Xəbərlər

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

Ukraynada müharibə nə zaman bitəcək? - Süni intellektin cavabı məyus etdi

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - FOTOLAR
