DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

Daxili İşlər Nazirliyi yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edir.
DİN-dən Adalet.az-a bildirilib ki, proqram çərçivəsində Nazirliyin dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur.
Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay müddətini əhatə edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanacaqdır.
Proqram, Daxili İşlər Orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradacaq.
Məqsəd, müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanması və DİN-in kadr potensialının gücləndirilməsidir.
DİN yüksək texnologiyalar sahəsində xidmətə maraqlı olan gəncləri təqaüd proqramına qoşulmağa dəvət edir.
Əlavə məlumat üçün rəsmi müraciət ünvanları:
Əlaqə: +99410 333 23 24
+99410 333 23 26
E-mail: [email protected]
Web: www.idtech.edu.az
Qeydiyyat: https://forms.gle/p9qkMr7G95iyqAPQ6
Digər Xəbərlər

Dünyada ilk süni intellekt naziri yaradıldı

Onlayn bilet satışı adı altında kiberdələduzluq - ETX-dən vətəndaşlara MÜRACİƏT

Bəzi "iPhone" modellərinin satışı dayandırıldı

Rusiya “Apple”ı cərimələdi

172 radiotezlik resursu dövlət resursu kimi geri alınıb

"Telegram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlandı

XRİTDX: Azərbaycana qarşı dayanmadan kiberhücumlar olur
