Bəzi "iPhone" modellərinin satışı dayandırıldı

Dünyada məşhur texnologiya nəhəngi “Apple” bir neçə smartfon modelini özünün internet mağazasından çıxarıb.
Adalet.az xəbər verir ki, şirkət 2023-cü ildə buraxılan “iPhone 16 Pro” və “iPhone 16 Pro Max”, “iPhone 15” və “iPhone 15 Plus” flaqman modellərinin satışını dayandırıb. Hazırda “Apple” şirkətinin rəsmi satışda olan smartfon seriyasına “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni model olan “iPhone 17 Air”, həmçinin “iPhone 16”, “iPhone 16 Plus” və “iPhone 16e” daxildir
Qeyd edək ki, “Apple” adətən hər il yeni flaqman modellərini təqdim edir və əvvəlki nəsil cihazların satışını dayandırır. Buna baxmayaraq, satışdan çıxarılan “iPhone” modellərini dünya üzrə pərakəndə satış şəbəkələrində tapmaq mümkündür.
Xatırladaq ki, “Apple” sentyabrın 9-da “iPhone 17” seriyasını təqdim edib. Yeni seriyaya “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni cihaz olan “iPhone 17 Air” daxildir.
Digər Xəbərlər

"Bakcell"in meqa lotereyasının qalibi bəlli oldu!

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış etdi - FOTOLAR

Google on ildə ilk dəfə loqotipini YENİLƏDİ

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTOLAR

“Bakcell”dən böyük lotereya - 14 prestijli avtomobil və dəyərli hədiyyələr
