Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən Adalet.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Digər Xəbərlər
23 Iyun 2026 20:51
Əhməd Aşurov dünyasını dəyişdi
23 Iyun 2026 20:10
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda TAPILDI
23 Iyun 2026 19:31
Azyaşlı övladını təhlükəyə atan motosiklet sürücüsü saxlanıldı - VİDEO
23 Iyun 2026 12:53
Sabah yağış yağacaq
23 Iyun 2026 12:05
İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO
23 Iyun 2026 09:20
“Avtobusların oturacaqlarının parçası keçinin dizi kimi qotur bağlayıb”
22 Iyun 2026 17:04
Mərdəkanda dənizdə 4 nəfər batdı - 2-si qardaşdır - YENİLƏNİB
22 Iyun 2026 08:49


Bakı -°C

