“Azeri Light”ın qiyməti 86 dollara düşdü
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Adalet.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,95 ABŞ dolları və ya 4,36% ucuzlaşaraq 86,55 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Digər Xəbərlər
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39
“Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir”
20 Iyul 2026 23:15
Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
20 Iyul 2026 12:50


Bakı -°C

