adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 12:39
42
MƏMLƏKƏT
A- A+

“Azersun Holding” dayanıqlı inkişaf istiqamətində yeni layihələrini həyata keçirməyə davam edir - FOTOLAR

Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə “Azersun Holding”in korporativ strategiyasının əsas istiqamətlərindən biridir.

Adalet.az xəbər verir ki, şirkət bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə öz istehsalat müəssisələrində Günəş Enerjisi Sistemlərinin (GES) qurulması layihəsinə start verib.

Hazırda həm Biləsuvar Konserv Zavodunda, həm də Bakı Qida və Yağ Fabrikində GES-in quraşdırılması işləri həyata keçirilir. Layihə çərçivəsində Yağ Fabrikində 3,5 MW/saat, Biləsuvar Konserv Zavodunda isə 2,5 MW/saat gücündə sistemlərin qurulması  davam edir.

“Azersun Holding” tərəfindən həyata keçirilən bu layihələr şirkətin karbon izinin azaldılması, enerji effektivliyinin artırılması və dayanıqlı inkişaf strategiyasının reallaşdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, bununla bərabər adıçəkilən şirkətlər qrupu su ehtiyatlarından səmərəli istifadə istiqamətində də silsilə layihələr həyata keçirməkdədir.