“Azərsun Holdinq” “Kaşalata” kafedə maarifləndirici təlim təşkil edib - FOTO
“Azərsun Holdinq” ölkədə ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlim təşkil edib.
Tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları salamlayaraq şirkətin sosial məsuliyyət strategiyası çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu layihə holdinqin həyata keçirdiyi sosial təşəbbüslərdən biridir: “Biz ‘Kaşalata’ kafeyə məhsul dəstəyi göstərir, zəruri qida məhsulları ilə təmin edirik. Əsas məqsədimiz isə burada çalışan autizmli gənclərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların bacarıqlarını üzə çıxarmaq və layiqli əmək mühitində inkişaflarını dəstəkləməkdir.”
“Kaşalata” kafenin həmtəsisçisi və “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova kafenin yaranma tarixi və əsas məqsədi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu layihə autizmli gənclərin əmək bazarına daxil olması və sosial mühitə uyğunlaşması üçün mühüm imkanlar yaradır: “Autizmli gənclər üçün bu cür inklüziv iş yerləri onların potensialını gerçəkləşdirmək, bacarıqlarını nümayiş etdirmək və cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını hiss etdirmək baxımından olduqca önəmlidir.”
Tədbirin növbəti hissəsində isə klinik psixoloq autizm nədir, onun yaranma səbəbləri, əsas əlamətləri və bu mövzu ilə bağlı cəmiyyətdə geniş yayılmış stereotiplər, yanlış təsəvvürlərlə bağlı məlumat verib.
Qeyd edək ki, “Azərsun Holdinq” illərdir davamlı şəkildə ölkədə inklüzivlik, sosial ədalət və rifahın artırılması istiqamətində mühüm addımlar atır. “Kaşalata” ilə olan bu əməkdaşlıq da həmin təşəbbüslərin növbəti uğurlu nümunəsidir.
Digər Xəbərlər
06 Dekabr 2025 14:59
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
06 Dekabr 2025 11:04
Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu - FOTO
04 Dekabr 2025 14:56
Elm itlərə olan sevgimizi necə izah edir?
03 Dekabr 2025 14:59
Ölən qız morqda dirildi - FOTO
03 Dekabr 2025 11:47
Aral dənizinin faciəsi və Qazaxıstanın xilaskar çabaları
02 Dekabr 2025 15:09
Əcnəbi gəlin toydan sonra qızılları oğurlayıb qaçdı - FOTOLAR
01 Dekabr 2025 13:41
"İnsan yuma maşınları" bu qiymətə satışa çıxarıldı
01 Dekabr 2025 09:13


Bakı -°C

