“Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibəti ilə təqvim dəsti nəşr etdirib - FOTOLAR
Artıq neçə ildir ki, təqvim layihəsini müxtəlif mövzularda dərc edən şirkətlər qrupu 2025-ci ildə milli mətbuatın 150 illiyini qeyd etmək məqsədi ilə builki layihəni mətbuat tarixinə həsr edib.
“Hər söz bir iz, hər sətir bir irs!” başlığı altında çap olunan təqvim dəstinin hər ayı mətbuatımızın tarixində xüsusi yeri olan mətbu orqanlarından və onların redaktorlarından bəhs edir. “Əkinçi” ilə başlayan, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət” və “Açıq söz” ilə davam edən təqvim “Həyat” qəzeti ilə sonlanır.
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə ərsəyə gələn layihə şirkətlər qrupunun mətbuata olan diqqət və həssaslığının göstəricisidir. Belə ki, təqvimin ön sözündə fikirləri qeyd olunan şirkət rəhbəri cəmiyyətin güclü, müstəqil bir xalqa çevrilməsində mətbuatın böyük rolu olduğunu vurğulayıb.
Təqvim üçün həmçinin Mətbuat Şurasının sədri Rəşad Məcidin də rəyi alınıb. Sədr təqvim layihəsini yüksək qiymətləndirərək, il boyu vərəqlənəcəyini və bu vəsilə ilə də hər ay mətbuatımızın inkişafında xüsusi yeri və rolu olan görkəmli şəxsiyyətlərin daim xatırlanacağını qeyd edib.
Qeyd edək ki, “Azərsun Holdinq”in sosial layihələrindən olan təqvim layihəsi bundan əvvəl də 44 günlük müharibədəki qələbimizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan Rəngkarlıq tarixinə, Azərbaycan ədəbiyyatına həsr olunub.
Digər Xəbərlər
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35


Bakı -°C

