11 Mart 2025 15:40
245
HADİSƏ

AzTV-nin əməkdaşı vəfat edib

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı 47 yaşlı Rəhman Səfərov vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə AzTV sosial media hesabında məlumat yayıb.

Qeyd edək ki, R.Səfərov 1998-ci ildən AzTV-də çalışıb. 27 illik əmək fəaliyyəti dövründə televiziyanın Təsərrüfat İşləri Departamentinin Dekorasiya qrupunda böyük usta vəzifəsində çalışıb.