Ermənilər Trampa şikayət edəcək: "Bakı xristianları həbs edib"
Ermənilər Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşları ilə bağlı növbəti addımı atmaq ərəfəsindədirlər.
Adalet.az xəbər verir ki , bununla bağlı erməni mediası məlumat yayıb. Amerika xristian liderlərinin koalisiyası prezident Donald Trampa məktub yazıb. ABŞ liderinə Azərbaycan hakimiyyəti tərəfindən saxlanılan 24 xristian girovu, 23 erməni və bir xristianın azad edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıb. Məktubun başdan ayağa böhtan xarakterli olduğu elə müraciətin ilk cümləsindən bəlli olur.:
“Biz inanırıq ki, iki il əvvəl 120 mindən çox xristian ermənini (Qarabağı könüllü tərk etmiş ermənilər nəzərdə tutulur) siz xilas edəcəksiniz. lakin o vaxtdan bəri 23 xristian erməni və bir xristian girovu işgəncələrə məruz qalıb. Məktubda deyilir: "Ona ölkəni tərk etmək əmri verilib".
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndiriləndirilən erməni əsilli vətəndaşların etirafları, eyni zamanda dövlət ittihamçılarının sualları davam edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
11 Noyabr 2026 10:45
Dövlət Komitəsi Zəfər Gününə həsr olunmuş tədbir keçirdi
11 Noyabr 2026 10:31
Avtomobil idarə edərkən "TikTok"da canlı yayım açan sürücülərə xəbərdarlıq
11 Noyabr 2026 09:25
Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
10 Noyabr 2026 18:27
Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı
10 Noyabr 2026 14:31
COP31 prezidenti Azərbaycanın iqlim prosesinə töhfəsini yüksək qiymətləndirib
10 Noyabr 2026 12:11
Səfərdən qayıdan sürücülərə - XƏBƏRDARLIQ - VİDEO
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56


Bakı -°C

