Babək prospektindəki təkər bazarında yanğın - VİDEO
Babək prospektində yerləşən təkər bazarında yanğın olub.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən təkər bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1,5 ha olan təkər bazarının ərazisində bir dam altında tikilən mağazalarda baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər birinin sahəsi 75 m² olan 2 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasının damının taxta atmaları və içərisində rəflərə yığılan ehtiyat hissələri yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər yanğından mühafizə olunub.
Digər Xəbərlər
22 Oktyabr 2026 16:34
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
22 Oktyabr 2026 13:06
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
22 Oktyabr 2026 11:02
2 yaşlı uşaq su kanalında boğuldu
21 Oktyabr 2026 11:15
Dərin quyu hələ də doldurulmayıb...
21 Oktyabr 2026 10:10
Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü
20 Oktyabr 2026 17:39
Məktəbdə şagirdlər arasında dava, biri xəstəxanalıq oldu
20 Oktyabr 2026 13:13
Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı
19 Oktyabr 2026 16:31


Bakı -°C

