Bacısının yasından qayıdırdı, digər bacısının da həyatına son qoydu
İdarə etdiyi “VAZ 2121” markalı avtomobillə paytaxtdan — bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.
Adalet.az xəbər verir ki, A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.
Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir!
Digər Xəbərlər
17 Yanvar 2026 10:57
Sərxanı xilas edən polis polkovnikinin adı açıqlandı - VİDEO
16 Yanvar 2026 10:40
Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür - VİDEO
16 Yanvar 2026 10:02
Yük maşını ilə motosiklet toqquşdu - Rusiya vətəndaşı öldü
15 Yanvar 2026 13:30
Sabah hava necə olacaq?
15 Yanvar 2026 10:47
Universitet vəfat edən tələbələrlə bağlı məlumat yaydı
15 Yanvar 2026 10:03
Bakıda tələbə qız vəfat etdi
14 Yanvar 2026 11:52
Güclü küləyin fəsadları - Bakıda 6 ağac aşdı
13 Yanvar 2026 13:26


Bakı -°C

