Bağdad xəstəxanasında baş verən yanğında 82 nəfər həlak olub
İraqın paytaxtı Bağdad şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb.
Adalet.az-ın məlumatına görə, bu barədə Baghdad Al Youm xəbər portalı İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Halid əl-Mihnə istinadən bildirib.
Məlumatda qeyd olunub: "İbn əl-Xətib xəstəxanasında baş verən yanğın xəstələr və heyət də daxil olmaqla 82 nəfərin ölümünə səbəb olub, 110 nəfər yaralanıb".
Bildirilib ki, yaralananlar arasında vəziyyəti ağır olanlar da var.
Qeyd edək ki, Bağdad şəhərinin cənub-şərqində yerləşən İbn əl-Xətib xəstəxanasında yanğın ötən gün axşam baş verib.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30