Bağlı qapı arxasında köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Adalet.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbeşmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Digər Xəbərlər
21 Noyabr 2025 15:30
Bakıda faciəli şəkildə ölən ofisiantların adları - YENİLƏNİB
21 Noyabr 2025 13:16
154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alındı
21 Noyabr 2025 13:04
Ordubadda 17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər
20 Noyabr 2025 09:59


Bakı -°C

