“Bakcell” bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İnnovasiya lideri “Bakcell” danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər.
Məsələn, “GO 11.99” tarifi çərçivəsində “Bakcell” abunəçiləri 5 GB internet, 300 ölkə daxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da limitsiz yazışmaq imkanı qazanacaqlar. Sözügedən tarifə qoşulmaq üçün sadəcə *905#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki, cari tariflərdən yeni “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO” tarifləri barədə ətraflı məlumatı rəsmi sayt, həmçinin “Bakcell” mobil tətbiqindən əldə edə bilərsiniz.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
02 Fevral 2026 17:35
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI
02 Fevral 2026 16:30
"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə!
30 Yanvar 2026 19:08
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
30 Yanvar 2026 18:08


Bakı -°C

