Bu ölkədə F-16 təyyarəsi qəzaya uğradı
Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus F-16C qırıcı təyyarəsi Şimali Kyonsan əyalətinin Yonqcu şəhəri yaxınlığında qəzaya uğrayıb.
Adalet.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla saat 19:30 radələrində (Bakı vaxtı ilə 14:30) təlim uçuşu zamanı baş verib. Pilot təhlükəsiz şəkildə katapult edib. Təyyarə dağlıq əraziyə düşüb, mülki şəxslərə ziyan dəyməyib. Xilasedicilər qəzadan təxminən 40 dəqiqə sonra pilotu 20 metr hündürlükdə bir ağaca ilişib qalmış vəziyyətdə tapıblar. O, xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.
Qəzadan sonra yaranan meşə yanğını söndürülüb.
Hərbi hava qüvvələri qəzanın dəqiq səbəbini müəyyən etmək üçün xüsusi qrup yaradıb.


Bakı -°C

