adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Oktyabr 2022 16:39
1204
DÜNYA

Bakı ermənisi  olan politoloqdan gülməli açıqlama: “Cəhənnəmə, gora...”- VİDEO

1989-90-cı illərdə Bakıdan köçərək İrəvana gedən. orda Azərbaycan Erməniləri Assambleyasının sədri, hazırda politoloq kimi fəaliyyət göstərən, Qriqori Ayvazyan vardı. Elə indi də var . Hər zaman komik, gülünc, reallıqla əlaqəsi olmayan açıqlamaları ilə diqqətləri özünə çəkib.


Bu həmin Ayvazyandır ki, təxminən 2000-ci ildə Azərbaycan vətəndaşı kimi parlament seçkilərinə namizəd kimi qatılmaq üçün MSK-ya müraciət etmişdi.

Onun açıqlamalarından bir neçəsini xatırladım, siz də gülün: 2010-cu ildə İrəvanda mətbuat konfransı keçirən bu başabəla “yerlimiz” işğal olunmuş rayonların ərazilərində yeni erməni dövlətinin yaradılmasını təklif edib. Qriqoryan deyib ki, “Ağvan erməni Respublikası” adlanacaq yeni “dövlətin” paytaxtı Laçın şəhəri olacaq.
“Yeni dövlətin” gerb və bayrağı da artıq hazırdır. Bu “dövlətdə” guya Azərbaycandan qaçmış “bir milyon” erməni yaşayacaq. “Respublika” gələcəkdə referendum keçirməklə Ermənistana birləşə bilər.


Deməli, 2013-cu ildə keçirdiyi mətbuat konfransında da Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü. Ayvazyanın iddialarına görə, Azərbaycan Ermənistanın 7 rayonunu işğal edib və onlardan heç olmasa 4-nü – Daşkəsən, Şəmkir, Aşağı Ağcakənd və Göygöl rayonlarını geri qaytarmalıdır. Ayvazyan bu məsələdə Ankaranın Azərbaycana təzyiq göstərməyə çağırıb: “Türkiyə Azərbaycanı Ermənistanın işğal altında olan 7 rayondan heç olmasa 4-ü geri qaytarmasına razı salmalıdır. Ümumiyyətlə, bütöv Azərbaycan Ermənistan torpağıdır”.


Təbii ki, politoloqun bu çıxışı nəin ki, Azərbaycanda, elə də Ermənistanda gülüş doğurmuşdu.

Politoloq Qriqori Ayvazyan növbəti dəfə gülüş hədəfinə çevrilib.

Adalet.az xəbər verir ki, Ayvazyan bu dəfə canlı yayında Azərbaycan dilində danışması ilə gündəmə gəlib.
Ermənistana dəstək olmayan dövlətlərdən danışan qalmaqallı ekspert azərbaycanca “cəhənnəmə, gora...” deyib.
“Biz bu Avropa vasitəçilərdən özümüzə qarşı nəsə müsbət bir şey gözləyirik? Biz onlardan əsl vasitəçilik gözləyirik? Bizdə hələ bunu onlardan gözləyənlər qalıb? Əgər belələri varsa, “cəhənnəmə, gora” olsun”
Videonu təqdim edirik:.


Qeyd edək ki, erməni ekspert Azərbaycan ordusunun möhtəşəm qələbəsindən, ermənilərin başına dəyən dəmir yumruqdan sonra bir balaca ağlı başına gəlib. O ötən ilin oktyabrında açıqlama verərək bildirdi ki, son dövrdə Azərbaycan sosial medialarında yeni antiermənilik dalğası yüksəlib, buna görə də yeni müqavilə imzalansa belə, bu, yeni müharibədən yayınacağımız demək deyil: ”Əgər barəsində danışılan sənəd Azərbaycan formasında təqdim edilmiş olsa, onda Ermənistan üçün bu, fəlakətli olacaq:“Yeri gəlmişkən, Ermənistanda ilhamlanmış şəkildə 1920-ci illərin xəritəsini dövriyyəyə qoyular, lakin diqqət yetirmirlər ki, nailiyyətlərimiz olmayacaq, itkilərimiz olacaq, Naxçıvan, Vayots Dzor, Zəngəzur istiqamətində ərazi itkiləri ola bilər”- demişdi..


P.S. İnşallah , başınızdan yumruğumuz əskik olmasın!


Əntiqə Rəşid