Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?
Bakı metrosundan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları müvafiq qanunvericilik aktları ilə müəyyən edilib.
Adalet.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq "Bakı metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, həmin qanunvericilik aktları və metrodan ödənişsiz istifadə edə bilən sərnişin kateqoriyaları bunlardır:
"7 yaşına qədər uşaqlar - Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;
Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. 3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 4-cü bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər", - məlumatda bildirilib.
Digər Xəbərlər
19 Fevral 2026 15:24
Çingiz Qənizadənin şikayəti əsasında Paris məhkəməsi Qənimət Zahidlə bağlı qərar verdi - VİDEO
19 Fevral 2026 14:37
Bakı metrosunda növbəti texniki nasazlıq
19 Fevral 2026 14:29
Səhiyyə Nazirliyi üzərliklə bağlı əhaliyə müraciət etdi
19 Fevral 2026 13:08
Dəmir yolu ətrafındakı tikililər təhlükəsizlik riskini artırır - VİDEO
19 Fevral 2026 12:01
AzerGold” QSC-nin 5-ci Təqaüd Proqramı müsabiqəsinin qalibləri mükafatlandırılıb
19 Fevral 2026 11:53
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
19 Fevral 2026 10:21
Namaz qılmayan şəxs oruc tuta bilər? - AÇIQLAMA
19 Fevral 2026 10:07


Bakı -°C

