Şəhid Rəsul Ağayev torpağa tapşırıldı
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Babaxan oğlu Ağayev Sabirabad rayon Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.
Adalet.az xəbər verir ki, əvvəlcə Nərimankənd kəndində şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rəsul Ağayev hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Rəsul Ağayev 1968-ci ildə Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci il Sırxavənd kəndi (Ağdərə) istiqamətində gedən döyüşlərdə itkin düşüb. Rəsul Ağayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Digər Xəbərlər
12 Oktyabr 2026 18:11
12 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisi zorakılıq edib
12 Oktyabr 2026 17:30
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
12 Oktyabr 2026 17:00
Küləklə bağlı sarı xəbərdarlıq verilib
12 Oktyabr 2026 15:38


Bakı -°C

