Bakı-Moskva marşrutu üzrə həyata keçirilən reyslər yola düşüb - YENİLƏNİB

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
Bu barədə Adalet.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
*** 11:03
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
Bu barədə Adalet.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Digər Xəbərlər

Azərbaycanda 131 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

Avropa İttifaqının ermənipərəstliyi: 12 martda Bakı müzakirə olunacaq

Ədliyyə nazirinin Şəkidə vətəndaş qəbulunun vaxtı dəyişib

"Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır" - "Caliber"

Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Bu vəzifəli şəxslərin siyahısı genişləndirilib
